15.06.2017

Qurtuluş Günü

    Xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 iyun – Milli Qurtuluş  Günü ilə ölkəmizin həyatında yeni dövr başlanmış, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin  dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulmuşdur. Xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş Qurtuluş Günü ölkəmizin  hər yerində dahi lider, ölməz şəxsiyyət  Heydər Əliyevə dərin hörmət və məhəbbətlə, onun xalqa göstərdiyi təmənnasız  və fədakar xidməti böyük minnətdarlıq  hissi ilə qeyd olunur.

    Qurtuluş Günü  Lənkəranın ümum təhsil müəssisələrində də yüksək səviyyədə qeyd edilib.

   15 iyun 2017-ci il tarixdə məkətblilərin, təhsil işçilərinin iştirakı ilə rayonun Mədəniyyət Mərkəzində böyük konsert təşkil edilib.