14 iyun 2017 ci il tarixdə rayonun ümumtəhsil məktəblərində “Son zəng” tədbiri keçirilib. Həmin tədbirlər Təhsil Nazirliyinin 8 iyun 2017-ci il tarixli, 128 nömrəli əmrinə müvafiq olaraq hər bir məktəbin ərazisində, təhlükəsizlik təmin olunmaqla təşkil edilib.
Tədbirlərdə məktəblərin müəllim-şagird kollektivi ilə yanaşı Təhsil Şöbəsinin əməkdaşları, valideyn komitələrinin, yerli icra və bələdiyyə orqanlarının nümayəndələri, valideyinlər və sabiq məzunlar iştirak ediblər.
Bu il rayonun ümumtəhsil məktəblərini ümumi orta təhsil üzrə 2217 nəfər, tam orta təhsil üzrə 1798 nəfər bitirir.