13.06.2017

Şəhər 9 nömrəli tam orta məktəbində kimya sərgisi.

    12 iyun 2017-ci il tarixdə  şəhər 9 nömrəli tam orta məktəbin  yaşıllıq zolağında “Həyatımızdakı kimya” mövzusunda  kimya sərgisi  keçirilib. Sərgidə   məktəbin   VII-XI sinif   şagirdlərinin   işləri  nümayiş  etdirilib. Sərgidə şagirdlər, müəllimlər, valideynlər və  ictimaiyyətin  nümayəndələri  iştirak ediblər.

    Tədbirin sonunda məktəbin direktoru Bəxtiyar İbayev sərgidə fəal iştirak edən X sinif şagirdləri İbrahim Bağırovu və Səbinə  Bağırzadəni,VIII sinif şagirdi Susana  Talıblını diplomla təltif  edib.