08.06.2017

08 iyun 2017-ci il tarixdə Şəhər Təhsil Şöbəsi Təhsil Şurasının növbəti iclası keçirilib.

   İclasda Qurunba və Türkəncil kənd ümumi orta məktəblərində təlim-tərbiyə işlərinin vəziyyəti ilə bağlı aparılan  monitorinqin nəticələri, şəhər 4 nömrəli, Liman 1 nömrəli,  Boladi 1 nömrəli, Girdəni və Ləj kənd tam orta məktəblərində kimya dərslərinin tədrisi vəziyyəti monitorinqinin nəticələri müzakirə olunub. Monitorinqin nəticələri barədə Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri N.Əkbərov, S.Əliyev, metodist İ.Qurbanov məlumat vermişlər. Şurada müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edilib.

      Cari məsələlər haqqında A.Aslanov, Z.Ağazadə, K.Məmmədov və G.Bağırov danışdılar.

     Təhsil Şöbəsinin müdiri Ş.Əhmədova dərs ilinin başa çatması, son zəng tədbiri, buraxılış imtahanları, təhsil sənədlərinin doldurulması və verilməsi ilə bağlı məsələlərdən, qarşıda duran vəzifələrdən bəhs etdi.


Açar sözlər: ,