07.06.2017

İnsan hüquqları aylığı çərçivəsində tədbir.

    05 iyun 2017-ci il tarixdə “İnsan hüquqları aylığı” çərçivəsində Xanbulan kənd tam orta məktəbində Lənkəran Şəhər İcra Hakimiyyəti, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin  bölgə  üzrə şöbəsi, İnsan hüquqları üzrə müvəkkilin cənub zonası nümayəndəliyi və Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirildi.

    Tədbirdə çıxış edənlər insan hüquqları çərçivəsində uşaqların hüquqlarının dövlətimiz  tərəfindən müdafiəsi haqqında geniş məlumat verdilər.

    Sonda tədbirdə iştirak edən fəal şagirdlər diplom və hədiyyələrlə  təltif edildilər.