02 iyun 2017-ci il tarixdə rayonun Xanbulan kənd tam orta məktəbində Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Respublika Uşaq-Gənclər İnkişaf mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə II Respublika “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik “ mövzusunda zona müsabiqəsi keçirildi.
Müsabiqədə münsiflər heyəti qismində, Təhsil Nazirliyinin RUGİM-əməkdaşları Elnur Muxtarov, Əliheydər Hüseynov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının elmi işlər üzrə direktor müavini, biologiya elmləri üzrə fəlsəfə doktoru Hacağa Səfərov, Elmi tədqiqat bağçılıq və çayçılıq inistitunun Lənkərançay filialının texnologiya şöbəsinin müdiri, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Sabir Ramazanov, Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Cəmil Axundzadə və məktəbin direktoru Mərziyə Əliyeva iştirak edirdilər. Müsabiqənin nəticələri yaxın günlərdə elan olunacaqdır.