5 iyun 2017-ci il tarixdə Lənkəran şəhər 5 N-li tam orta məktəbində cənub bölgəsində gənclərin narkomaniya və digər zərərli vərdişlərdən uzaqlaşdırılmasına dair tədbir keçirilib.
Tədbirdə “ Yayım” Assosasiyası İctimai Birliyinin sədri Yaşar Zeynalov, Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Cəmil Axundzadə və İlahiyyatçı-alim Samid Quliyev iştirak edib. Natiqlər şagirdlərə narkotik vasitələrdən istifadənin zərərli nəticələri barədə ətraflı məlumat veriblər.
Sonda natiqlər uşaqları maraqlandıran suallara cavab veriblər.