31.05.2017

İslam həmrəyliyi ilinə həsr olunmuş intelektual oyun üzrə regional çempionat.

    27 may 2017-ci il tarixdə Masallı Şəhərində “İslam Həmrəyliyi ili”nə həsr olunmuş intellektual oyun üzrə regional məktəb çempionatı keçirilib. Yarışda cənub bölgəsinin doqquz komandası iştirak edib.

    Yarışın nəticəsinə görə Lənkəran rayonunun komandası qalib olub. Qalib komandaya çempionatın kuboku, medalı və hədiyyələr təqdim olunub. Zona üzrə qalib komanda müvafiq televiziya kanalı tərəfindən həyata keçiriləcək televiziya çəkilişlərinə dəvət olunacaqdır