22 may 2017-ci il tarixdə Lənkəran şəhər 10 nömrəli tam orta məktəbində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 9 saylı region üzrə Dövlət əmək müfəttişliyi tərəfindən “Uşaq əməyinin istismarı və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri” mövzusunda regoinal seminar-müşavirə keçirilib.
Müşavirədə 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin müdir müavini Rasim Rəhimov, İnsan Hüquqları üzrə Müvəkkilinin Cəlilabad Regional Mərkəzinin müdiri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nın aparıcı məsləhətçisi Ramin Hüccətov, Lerik RTŞ-nın aparıcı məsləhətçisi Mehman Rəcəbli, Astara RTŞ-nın metodisti Xəqani Mahmudov məsələ barəsində məruzə etdilər.
Sonda uşaqları maraqlandıran suallara cavab verildi.