Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin 21 aprel 2017-ci il tarixli, 37/34-00296 nömrəli məktubuna əsasən 15 may 2017-ci il tarixdə Cənub Regional Mərkəzinin idman bazasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona mərhələsi keçirilib. Yarışlarda zonanın Lənkəran, Astara, Cəlilabad, Yardımlı, Lerik və Masallı rayonlarının komandaları iştirak edib.
Nəticədə Lənkəran şəhər 9 nömrəli məktəbin komandası I yeri tutaraq respublika mərhələsinə vəsiqə qazanıb.