12 may 2017-ci il tarixdə Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli Humanitar təmayüllü məktəb-liseydə cənub bölgəsində gənclərin narkomaniya və digər zərərli vərdişlərdən uzaqlaşdırılmasına dair tədbir keçirilib. Tədbirdə “Yayım” Assosiyasiyası İctimai Birliyinin sədri Yaşar Zeynalov, DİN Narkotiklərlə Mübarizə Baş İdarəsinin cənub bölgəsi üzrə regional şöbəsinin əməkdaşı Aqil Əhmədov, Yazıçılar Birliyinin üzvü, şair-yazıçı Gülüş Xəlilova iştirak edib.
Natiqlər şagirdlərə narkotik vasitələrdən istifadənin sosial, tibbi və hüquqi nəticələri barədə konkret faktlar əsasında ətraflı məlumat veriblər.
Sonda natiqlər uşaqları maraqlandıran suallara cavab veriblər.