08.05.2017-ci il tarixdə Lənkəran şəhər 1, 2, 3, 4, 5, 6, 7, 8, 9,10, Liman 1 nömrəli və Gimnaziya, Şürük, Boladi 1 və 2 nömrəli, Nərimanabad, Girdəni, Mamusta, Xanbulan, Gərmətük, Haftoni, Aşağı Nüvədi, Səpnəkəran kənd tam orta və başqa məktəblərdə alman faşizmi üzərində qələbənin 72-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.
Tədbirlərdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, müəllimlər, veteranlar alman faşizmi üzərində qələbənin qazanılmasında həmyerlilərimizin şücaəti barədə danışıb.
Tədbirdə çıxış edən veteranlar onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildiriblər.
Sonda şagirdlər tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.