Rayonun Boladi kənd 2 nömrəli tam orat məktəbinin III sinfində Aysel Axundovanın Ana dili dərsində Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasına daxil olan “Kərpickəsən qocanın hekayəsi” mövzusu səhnələşdirilmiş şəkildə tədris edilib.
Dərsin açıq havada əyani şəkildə aparılması şagirdlərin Nizami Gəncəvi yaradıcılığına olan marağını daha da artırıb, onlarda hekayənin tərbiyəvi əhəmiyyəti haqqında geniş fikirlər formalaşdırıb.