01 may 2017- ci il tarixdə Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində biologiya müəllimi Sevda Haşımovanın təşəbbüsü ilə “Təkrar emal” adlı ekoloji sərgi təşkil olundu. Tədbirdə məktəbin direktoru Nəzakət Abdillayeva, ŞTŞ–nin metodisti İlqar Qurbanov və digər müəllimlər iştirak etdilər.
Sərgidə IX sinif şagirdlərinin tullantılardan təkrar emal nəticəsində hazırladıqları əl işləri və bəzək əşyaları nümayiş edildi. Sərginin məqsədi şagirdlərdə ekoloji maarifləndirmə aparmaqla ətraf mühitə qayğıkeş münasibət formalaşdırmaq və onların xüsusi istedadlarını üzə çıxarmaqdır.