27.04.2017

IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş zona yarışları.

        26-27 aprel 2017-ci il tarixlərdə IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş respublika təsviri sənət müsabiqəsinin zona mərhələsi keçirilmişdir. Müsabiqədə Lənkəran şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi Aytac Həsənzadə, şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Miralsun Axundzadə, Bəliton kənd tam orta məktəbinin şagirdi Sayalı Baxşızadə və Xolmili kənd tam orta məktəbinin şagirdi Ruxsaray Əhmədova fərqləndikləri üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin diplomları ilə təltif edilmişlər.