17-18 aprel 2017-ci il tarixlərində pilot layihə kimi “Şahmat” fənni tədris olunan Lənkəran şəhərinin ümumi təhsil məktəblərində şagirdlər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat birinciliyi keçirilib.
Yarışda şəhər 1, 4, 7, 10 nömrəli və Şirinsu kənd tam orta və digər ümumtəhsil məktəblərinin II, III, IV sinif şagirdləri iştirak edib, şəhər XDT Gimnaziya məktəbinin IV sinif şagirdi Fərhad Ağazadə, şəhər 5 nömrəli tam orta məktəbinin IV sinif şagirdi Mircəlal Bəşirli, şəhər 6 nömrəli məktəb-liseyin IV sinif şagirdi Amal İmanov ikinci mərhələnin qalibi olub, diplom və hədiyyələrlə təltif olunublar.