14.04.2017

13 aprel 2017 ci il tarixdə şəhər 6 nömrəli məktəb-liseyində“Məktəblililərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” keçirildi.

       Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq 13.04.2017-ci ildə Lənkəran şəhər 6 nömrəli məktəb-liseyində  şəhər 3 və 6 nömrəlitam orta məktəbinin müəllim-şagird kollektivinin iştirakı ilə “Məktəblililərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilmiş.

      Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini  Asif İmanlı, Lənkəran şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramin Hüccətov, 6 nömrəli məktəb-liseyinin direktoru Xalıqov Akif, müəllimlər, şagirdlər iştirak etmişdir.

    Tədbiri giriş sözü ilə açan 6 nömrəli məktəb-liseyinin direktoru Akif Xalıqov qonaqları salamlayaraq tədbirin əhəmiyyətini vurğulamışdır. Tədbirdə çıxış edən Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov xalqımızın zəngin milli-mənəvi dəyərlərə sahib olduğunu, ölkəmizdə tarixən tolerant və multikultural mühitin hökm sürdüyünü bildirmişdir. Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramin Hüccətov şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin keçirilməsinin zəruriliyini qeyd edərək, gənclərin radikal dini təsirlərdən, dini radikalizmdən qorunmasında təhsilin əhəmiyyətini qeyd etmişdir. DQİDK-nin Lənkəran bölgə şöbəsinin məsləhətçisi Vüqar Şahbazov dini radikalizm, ekstremizm və onun fəsadları haqqında məlumat verərək, gənclərin maariflənməsi, radikal qrupların təsirinə məruz qalmamaları baxımından “Fitnə” filminin mühüm əhəmiyyəti olduğunu diqqətə çatdırmışdır.

       Sonda Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş etdirilmişdir.

 

 


Açar sözlər: ,  ,