14.04.2017

Xanbulan kənd  tam orta məktəbində  2016-cı ilin aprel döyüşlərində ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına şəhid olmuş Rusif Ağayevin anım günü keçrilmişdir.

    Tədbirdə Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Könül Manafova, Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri Cəmil Axundzadə və Ramin Hüccətov, şəhidin atası İbrahim Ağayev, veteranlar, müəllimlər, şagirdlər və ziyalılar iştirak etmişdir.

  Əvvəlcə 2016-cı il aprel döyüşlərində dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

    Xanbulan  kənd tam orta məktəbin direktoru Mərziyyə Əliyeva, ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Könül Manafova və Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramin Hüccətov çıxışlarında vətənpərvərliyin müqəddəs hiss olduğunu, vətən uğrunda şəhid olanların hər birimiz üçün nümunə olduğunu bildirmiş, məktəblərdə vətənpərvərlik ruhunda keçirilən belə maarifləndirici tədbirlərin önəmini vurğulayaraq, Azərbaycan gənclərinin dövlətinə, xalqına bağlı gənclər olduğunu diqqətə çatdırmışlar .

    Sonra şagirdlərin ifasında vətənpərvərlik və şəhidlik mövzularında şerlər dinlənilmişdir.        

 


Açar sözlər: ,  ,