13.04.2017

S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbində aprel döyüşlərində həlak olanların xatirəsinə həsr olunmuş "Şəhidlər ölməz, vətən bölünməz" adlı tədbir keçirildi.

    Tədbiri giriş sözü ilə məktəbin direktoru Sevər Ağayeva açaraq keçən il erməni işğalçıları ilə gedən şiddətli döyüşlərdə Azərbaycan əsgərlərinin böyük şücaət göstərərək düşmənə layiqli cavab verməsindən, bir neçə yüksəkliklərin və yaşayış məntəqələrinin azad edilməsindən, düşmənin çoxlu sayda canlı qüvvəsinin və hərbi texnikasnın məhv edilməsindən danışdı.

     Sonra şagirdlərın ifasında şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi bədii kompozisiyalar səsləndi.

  


Açar sözlər: ,  ,