Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq 07aprel 2017 ci iltarixdə Lənkəran şəhər 4 saylı Humanitar Təmayüllü Məktəb Liseyində Lənkəran şəhər 1,4 və Sutəmurdov kənd tam orta məktəblərinin müəllim-şagird kollektivinin iştirakı ilə “Məktəblililərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Asif İmanlı, Lənkəran şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri Nəsir Əkbərov, Ramin Hüccətov, 4 saylı HTML-nın direktoru Yeganə Əsgərova iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov “Multikulturalizm ili”nin davamı kimi Cənab Prezident tərəfindən bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin mühüm və mütərəqqi təşəbbüs olduğunu diqqətə çatdırmışdır. Natiq dini radikalizm, ekstremizm və onun fəsadları haqqında məlumat verərək, gənclərin maariflənməsi, radikal qrupların təsirinə məruz qalmamaları baxımından “Fitnə” filminin mühüm əhəmiyyəti olduğunu bildirmişdir. Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Asif İmanlı şagirdlər arasında bu kimi maarifləndirmə tədbirlərinin keçirilməsinin, gənclərin bu istiqamətdə məlumatlandırılmasının zəruriliyini qeyd etmişdir. Lənkəran şəhər Təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramin Hüccətov ölkəmizdə tarixən tolerant və multikultural mühitin hökm sürdüyünü, gənclərin radikal dini təsirlərdən qorunmasında təhsilin əhəmiyyətini vurğulamışdır.
Sonda Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş etdirilmişdir.