Tədbirdə Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Könül Manafova, Lənkəran Şəhər Təhsil Şöbəsinin metodisti İlqar Qurbanov, veteranlar, müəllimlər, şagirdlər və ziyalılar iştirak etmişdir.
Tədbirin əvvəlində 2016-cı il aprel döyüşlərində dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Anım günündə çıxış edən natiqlər qəhramanlarımızın keçdiyi şərəfli yola bir daha nəzər salmış, bu barədə geniş məlumat vermişlər .
Sonda şagirdlərin ifasında vətənpərvərlik və şəhidlik mövzularında şerlər dinlənilmişdir.