03.04.2017

Cil kənd R.İbadov adına tam orta məktəbində 2016-cı ilin aprel döyüşlərində ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına şəhid olmuş məktəbin məzunu Əlizaman İslamovun anım günü keçrilmişdir.

   Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini  Asif İmanlı, Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramin Hüccətov müəllimlər, şagirdlər və ziyalılar iştirak etmişdir.

     Tədbirin əvvəlində 2016-cı il aprel döyüşlərində dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

    Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Cil kənd R.İbadov adına tam orta məktəbin direktoru Ağamoğlan Həbibov, Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Asif İmanlı və Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramin Hüccətov çıxışlarında vətənpərvərliyin müqəddəs hiss olduğunu, vətən uğrunda şəhid olanların hər birimiz üçün nümunə olduğunu bildirmiş, məktəblərdə vətənpərvərlik ruhunda keçirilən belə maarifləndirici tədbirlərin önəmini vurğulayaraq, Azərbaycan gənclərinin dövlətinə, xalqına bağlı gənclər olduğunu diqqətə çatdırmışlar.

     Sonra şagirdlərin ifasında vətənpərvərlik və şəhidlik mövzularında şerlər dinlənilmişdir.

    Tədbirin sonunda 2016-cı ilin aprel döyüşlərində ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına şəhid olmuş Cil kənd məktəbinin məzunu  Əlizaman İslamovun məzarı ziyarət edilmiş, ruhuna dualar oxunmuşdur.