31.03.2017

31 Mart Azərbaycanlıların soyqırımı günüdür.

        Erməni şovinist millətçilərinin və terrorçularının xalqımıza qarşı apardığı soyqırımı siyasətinin  200 ildən artıq tarixi var. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları  tarixi torpaqlarından qovmaq, xalqımızı  məhv etmək Cənubi Qafqazda “böyük Ermənistan”  dövləti yaratmaqdır və bu siyasət tarixin müxtəlif mərhələlərində dünya dövlətlərinin bir çoxunun planlarına uyğun  gəldiyindən daim ermənilərə havadarlıq etmişlər,  bu siyasəti reallaşdırmaq üçün ardıcıl olaraq ideoloji,  hərbi və təşkilati xarakterli tədbirlər həyata keçirmişlər. Məhz onların dəstəyi ilə erməni terrorçu təşkilatları şəbəkəsi yaradılmışdır. Tariximiz kobud şəkildə təhrif olunmuş, düşmən tarixçiləri və ideoloqları toponimlərimizi, mədəniyyət abidələrimizi öz adlarına çıxmaq üçün hər bir saxtakarlığa və şərəfsizliyə əl atmışlar. Maddi mənəvi mədəniyyət abidələrimiz vandallıqla dağıdılmışdır. Millətimizə qarşı bu cür qaniçən siyasət onillər, yüzillər boyu soyqırımlarla, ideoloji təcavüzlə, terrorla, tammiqyaslı hərbi əməliyyatlarla müşaiyyət olunmuşdur.

        31 mart soyqırımının 99-cu ildönümü münasibəti ilə Lənkəranın ümumtəhsil məktəblərində silsilə tədbirlər həyata keçirilmişdir. Şəhər məktəbləri, Boladi 1, 2 nömrəli, Göyşaban, Liman şəhər 1 nömrəli, Nərimanabad qəsəbə, Velədi, Kosalar, Xolmili, Rvo, Haftoni, Xanbulan, Səpnəkəran, Sütəmurdov, Parakənd, Gəgiran, Kənarmeşə, Hirkan və başqa məktəblər bu günü hüzn yığıncaqları, dəyirmi masalar, konfranslar, xüsusi dərslər, şəhərin mərkəzində soyqırım abidəsini ziyarət etmək, sərgilər, rəsm və inşa müsabiqələri və digər tədbirlərlə yad etmiş eməni vandallarının iki əsr ərzində xalqımıza  qarşı törətdikləri vəhşiliklərin mahiyyəti və ibrət dərslərindən bəhs etmişlər.  


Açar sözlər: ,