29 mart 2017-ci il tarixdə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə görkəmli oftalmoloq alim əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Qələbəyə doğru” intellektual bilik yarışının regional mərhələsi keçirilmişdir. 9 rayonun komandaları arasında keçirilmiş yarışda Lənkəran komandası qalib olmuşdur.