29.03.2017

Ümummilli lider H.Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar olaraq “Ən yaxşı təqdimat” müsabiqəsi.   

      13.03.2017-ci il tarixdə Lənkəran Şəhər Təhsil Şöbəsində Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar olaraq ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə Ulu öndərə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilmişdir. Lənkəran şəhər 6 №-li məktəbin X sinif şagirdi Qasımova Nigar Mirzağa qızı qalib gələrək  ölkə mərhələsində iştirak etmək hüququ qazanmışdır.