16.03.2017

“Şahin”  hərbi-idman  oyununun  rayon birinciliyl kecirilmişdir.

        16 mart 2017-ci il tarixdə  Lənkəran  Şəhər  Uşaq  Gənclər İdman məktəbində “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilmişdir. Yarışda rayonun ümumtəhsil məktəblərinin 58 komandası iştirak etmişdir.

        Açılış mərasimində Şəhər Təhsil Şöbəsi və Şəhər Gənclər və İdman idarəsinin əməkdaşları iştirak etmişlər. Şəhər Təhsil Şöbəsinin metodisti Kamran  Məmmədov çıxıç edərək iştirakçı komandalara uğurlar arzulamışdır.

        Nəticədə Şəhər 6 №-li məktəb-lisey komandası  I yeri, Ürgə kənd tam orta məktəbinin komandası II yeri, Osakücə kənd tam orta məktəbinin komandası III yeri tutmuşlar.

          Qalib komandalara Şəhər Təhsil Şöbəsinin və Şəhər Gənclər və İdman idarəsinin diplomları təqdim edilmişdir.


Açar sözlər: ,  ,  ,