15.03.2017

Növbəti şura iclası

        15 mart 2017-ci il tarixdə Şəhər Təhsil Şöbəsi Təhsil Şürasının növbəti iclası keçirilmişdir. Əvvəlcə Təhsil Şöbəsinin müdiri Ş.Əhmədova şəhər 9 №-li tam orta məktəbin fiziki tərbiyə müəllimi Rakif Ağayevi “Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi” döş nişanına layiq görulməsi münasibəti ilə təbrik etdi, ona yeni-yeni uğurlar arzuladı.

Sonra şura iclasında Ürgə və Rvo kənd tam orta məktəblərində təlim-tərbiyə işlərinin vəziyyəti ilə bağlı aparılmış monitorinqin, Hirkan qəsəbə, Sütəmurdov, Boladi 2 №-li və Göyşaban kənd tam orta məktəblərində Azərbaycan tarixi dərslərinin tədrisi vəziyyətinin monitorinqinin nəticələri barədə aparıcı məsləhətçilər S.Əliyev, N.Əkbərov, metodist E.Abbasovanın arayışları dinlənilmiş, müzakirələr aparılmış və muvafiq qərarlar qəbul edilmişdir.

        Sonda Şəhər Təhsil Şöbəsinin müdiri Ş.Əhmədova cari məsələlərdən danışmış, bayramlar münasibəti ilə rayonun pedaqoji ictimaiyyətini təbrik etmişdir.


Açar sözlər: ,