13.02.2017

Açıq dərs

13 fevral 2017-ci il tarixdə şəhər 9 nömrəli tam orta məktəbinin VI sinfində məktəbin qabaqcıl müəllimi Tağızadə Mehriban Ağadadaş qızının tarix fənnindən “İbtidai icma quruluşunun dağılması , Qarabağ kurqanları”  mövzusunda açıq dərsi keçirilmişdir.

Açıq dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elzadə Məmmədova, tərbiyə işləri üzrə direktor müavini Gülşən Məmmədova və gənc müəllimlər iştirak etmişlər. İnteraktiv təlim metodlarına əsaslanan bu dərs şagirdlərin fəallığı şəraitində keçdi və müşahidə edənlərdə xoş təəssürat yaratdı.


Açar sözlər: ,  ,