27 yanvar 2017-ci il tarixdə şəhər 4 №-li məktəb-liseydə Şəhər Təhsil Şöbəsinin illik hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda Şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova 2016-cı ildə Lənkəranda təhsil sahəsində görülmüş işlərdən, uğurlardan və qarşıda duran vəzifələrdən ətraflı bəhs etmişdir. Məruzə ətrafında ŞTŞ-nın müdir müavini G.Bağırov, şəhər 6 №-li məktəbin direktoru A.Xalıqov, şəhər 7№-li məktəbin direktoru U.Əliyeva, Boladi kənd 1№-li məktəbin direktoru E.Rzayev çıxış etmişlər.
Yığıncağın işində Şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyeva iştirak etmiş və çıxış etmişdir.