23.01.2017

Şəhər 9 N-li  tam orta məktəbində “Fövqəladə  hallarla  bağlı  davranış  qaydaları” mövzusunda maarifləndirici  tədbir kecirildi.

        Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi ilə Lənkəran  Şəhər  Təhsil  Şöbəsinin 2017-ci il   tədbirlər planına uyğun  olaraq cari ilin yanvar  ayının 17-də  şəhər 9 N-li  tam orta məktəbində “Fövqəladə  hallarla  bağlı  davranış  qaydaları” mövzusunda maarifləndirici  tədbir kecirildi. Tədbirdə    Şəhər  Təhsil  Şöbəsinin  metodisti  Kamran Məmmədov, FHN-nin Cənub  Regional  Mərkəzinin  ictimaiyyətlə  əlaqə  və  təbliğat  sektorunun  müdiri  Zaur  Hüseynov  və  məktəbin  direktoru  Bəxtiyar  İbayev  çıxış  etdilər.