19.01.2017

Lənkəranın ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilmişdir.

20 Yanvar Azərbaycan  tarixində qanla yazılmış bir səhifədir, ancaq o təkcə faciə deyil. Bu tarix Azərbaycanın  istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyimizin oyanış  günüdür. Bu uzun illər sovet imperiyasının əsarətində yaşayan  xalqın öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.  Bu il xalqımız 20 Yanvar hadisələrinin 27-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir.   

Lənkəran ŞTŞ-nın Tədbirlər Planına uyğun olaraq   20 Yanvar  faciəsinin  27-ci ildönümü  ilə bağlı silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə rayon ictimaiyyətinin  nümayəndələri, ziyalılar, müəllimlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar haqqında  geniş danışmış, şagirdlər tərəfindən  ədəbi- bədii kompozisiyalar nümayiş etdirilmişdir.