Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12.12.2014-cü il tarixli, 1256 №-li əmri ilə təsdiq olunmuş “Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydaları”na əsasən 16 yanvar 2017-ci il tarixdə rayonun ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə fənn olimpiadalarının şəhər mərhələsi keçirilmişdir.
Bu mərhələdə fənn olimpiadalarının proqramına salınmış ayrı-ayrı fənlər üzrə ümumilikdə 217 şagird öz biliklərini sınamışlar.