19.01.2017

2017-2018 –ci tədris ilində şagirdlərin X siniflərə təmayüllər üzrə qəbulu barədə  müşavirə.

       19 yanvar 2017-ci il tarixdə şəhər 4 nömrəli məktəb-liseydə müşavirə keçirilmişdir. Müşavirədə rayonun ümumtəhsil məktəblərinin rəhbərləri və Təhsil Şöbəsinin əməkdaşları iştirak etmişlər.

        Müşavirəni Şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə xanım Əhmədova açaraq  2017-2018 – ci tədris ilində şagirdlərin X siniflərə təmayüllər üzrə qəbul olunacağından danışmış, bu işin dövlət əhəmiyyətli məsələ kimi aktualığından bəhs etmişdir.

     Məsələ haqqında ŞTŞ-nın müdir müavini G.Bağırov ətraflı məlumat vermiş, vəzifələrdən danışmış, valideyinlər, şagirdlər və ictimaiyyət arasında geniş maarifləndirmə işlərinin aparılması vacibliyindən bəhs etmişdir.

          Sonda suallara cavab verilmişdir.


Açar sözlər: ,  ,