13.01.2017

IX sinif buraxılış imtahanlarında yeniliklər haqqında zona seminarı .

        13 yanvar 2017-ci il  tarixdə Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşlarının iştirakı ilə şəhər 4 №-li məktəb-liseydə  2017-ci ildə ümumi orta təhsil səviyyəsi ( 9 illik) üzrə buraxılış imtahanının yeni modelinə dair  zona seminarı  keçirilmişdir.

        Seminarda rayonun 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 nömrəli, Gimnaziya, Sütəmurdov, Velədi, Göyşaban, Ürgə, Şilavar, Bəliton, Digah  məktəblərinin  dil-ədəbiyyat  və  riyaziyyat fənn  müəllimləri  iştirak  etmişdir.

        ŞTŞ-nın metodisti R.Mirzəzadə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin  12 dekabr 2016-cı il tarixli, 498 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsil pilləsində   yekun   qiymətləndirilməsinin (attestasiyasının) aparılması  qaydaları haqqında” Təhsil Nazirliyinin hazırladığı slaydlar əsasında  dəyişiklik  və  yeniliklər  barədə  ətraflı  məlumat  vermişdir.

        ŞTŞ-nın metodistləri S.Kələntərli, V.Həsənov Azərbaycan dili və riyaziyyat fənləri üzrə buraxılış imtahanı proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında məlumat vermiş və dinləyiciləri maraqlandıran  sualları cavablandırmışlar.


Açar sözlər: ,