12 yanvar 2017-ci il tarixdə Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşlarının iştirakı ilə rayonun Səpnəkəran tam orta məktəbində 2017-ci ildə ümumi orta təhsil səviyyəsi ( 9 illik) üzrə buraxılış imtahanının yeni modelinə dair zona seminarı keçirilmişdir.
Seminarda rayonun Kənarmeşə, Səpnəkəran, Yuxarı Nüvədi, Aşağı Nüvədi, Tütəpeştə, Daşdalıqjar, Biləsər, Daşdatük, Siyavar, Parakənd, Mamusta, Xanbulan, Gərmətük, Viyən, Alazəpin, Vel, Xolmili, Hirkan, Şıxəkəran məktəblərinin dil-ədəbiyyat və riyaziyyat fənn müəllimləri iştirak etmişdir.
ŞTŞ-nın metodisti R.Mirzəzadə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli, 498 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsil pilləsində yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları haqqında” Təhsil Nazirliyinin hazırladığı slaydlar əsasında dəyişiklik və yeniliklər barədə ətraflı məlumat vermişdir.
ŞTŞ-nın metodistləri S.Kələntərli, V.Həsənov Azərbaycan dili və riyaziyyat fənləri üzrə buraxılış imtahanı proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında məlumat vermiş və dinləyiciləri maraqlandıran sualları cavablandırmışlar.