11 yanvar 2017-ci il tarixdə Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşlarının iştirakı ilə rayonun Kərgəlan tam orta məktəbində 2017-ci ildə ümumi orta təhsil səviyyəsi ( 9 illik) üzrə buraxılış imtahanının yeni modelinə dair zona seminarı keçirilmişdir.
Seminarda rayonun Kərgəlan, Darquba, Haftoni, Ləj, Şağlaküçə, Qurunba, Bəlləbur, Rvo, Lüvəsər, Şovu məktəblərinin dil-ədəbiyyat və riyaziyyat fənn müəllimləri iştirak etmişdir.
ŞTŞ-nın metodisti R.Mirzəzadə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli, 498 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsil pilləsində yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları haqqında” Təhsil Nazirliyinin hazırladığı slaydlar əsasında dəyişiklik və yeniliklər barədə ətraflı məlumat vermişdir.
ŞTŞ-nın metodistləri S.Kələntərli, V.Həsənov Azərbaycan dili və riyaziyyat fənləri üzrə buraxılış imtahanı proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında məlumat vermiş və dinləyiciləri maraqlandıran sualları cavablandırmışlar.