Bu günlər Azərbaycan xalqının dahi oğlu, böyük şəxsiyyət, böyuk mənada İnsan, ümummilli liderimiz Heydər Əliyevin xatirəsi respublikanın hər yerində olduğu kimi Lənkəranın ümumtəhsil müəssisələrində də böyuk ehtiramla yad edilir. Şəhər 1,4.8,9№-li, Hirkan, Gərmətük qəsəbə, Xanbulan, Şürük, Boladi 1,2 №-li, Yuxarı Nüvədi, Zövlə kənd tam orta, Türkəkəran, Şağlaser ümumi orta və başqa məktəblərdə anım günü ilə bağlı yığıncaqlar, xatirə gecələri, dəyirmi masalar təşkil olunmuşdur. Məktəblərin şagirdləri Heydər Əliyev parkında ulu öndərin möhtəşən abidəsinə və Heydər Əliyev mərkəzindəki müzeyinə ziyarət etmişlər.
12 dekabr 2016-cı il tarixdə rayonun təhsil işçiləri ümummilli liderin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsini ziyarət etmiş, abidənin önunə gül-çiçək qoymuşlar. Rayonun təhsil müəssisələrində anım tədbirləri davam edir.