10.12.2016

Açıq qapılar günü keçirilmişdir.

10 dekabr 2016-cı il tarixdə Lənkəran Şəhər 4  №-li məktəb-liseydə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı açıq qapılar günü keçirmişdir.

Tədbirdə rayonun ümumtəhsil məktəblərinin  XI sinif şagirdləri, müəllim və valideynlər iştirak etmişlər.

Açıq qapılar gününü Bakı filialının tədris –metodika şöbəsinin müdiri İqrar Nəzərov  açmış,slaydlarla görüşün məqsədi , bu ali məktəbin maddi-texniki , tədris bazası və fakültələri haqqında geniş məlumat vermişdir. Sonra tətbiqi-riyaziyyat fakültəsi haqqında professor Q.T.Çeçkin, kimya fakültəsi haqqında professor V.İ. Tiçkov, iqtisadiyyat fakültəsi haqqında professor R.A.Musayev, filologiya fakültəsi haqqında dosent V.X. Smolenenkova, psixologiya fakültəsi  haqqında fəlsəfə doktoru A.A. Pankratova, fizika fakültəsi haqqında dosent A.A. Konovko geniş məlumat vermiş , iştirakçıları maraqlandıran sualları cavablandırmışlar . Daha sonra şagirdlərə ayrı-ayrı fənlərə dair metodik vəsaitlər paylanmışdır.

 


Açar sözlər: ,  ,