09.12.2016

"Ədəbiyyat biliciləri" müsabiqəsi keçirildi

        Azərbaycan Respublikası təhsil nazirinin 7 noyabr 2016-cı il tarixli, 722 nömrəli əmrinə uyğun olaraq Xanbulan kənd tam orta məktəbində "Ədəbiyyat biliciləri" müsabiqəsi keçirildi. Müsabiqədə bədii əsər oxumağa meyil və maraq göstərən, Azərbaycan və dünya ədəbiyyatı nümunələrini davamlı mütaliə edən 45 nəfər şagird iştirak edirdi. Şagirdlər oxuduqları əsərlər haqqında öz təəssüratlarını qısa qeyd etdilər. Cavablar işçi qrupu tərəfindən təhlil olundu, ümumiləşdirmə aparıldı. Ən çox əsər mütaliə etmiş məktəbin VIII sinif şagirdi Alışzadə Orxan müsabiqənin qalibi olmuşdur.


Açar sözlər: ,