01 dekabr 2016-cı il tarixdə V.Əliyev adına şəhər 4 N-li məktəb-liseydə Lənkəran Şəhər Təhsil Şöbəsi əməkdaşlarının, məktəb rəhbərlərinin və qabaqcıl müəllimlərin iştirakı ilə geniş tərkibdə yığıncaq keçirilmişdir. Yığıncaqda “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” layihəsi müzakirə olunmuşdur.
Müzakirəni Şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova açmışdır. Layihə, onun məzmunu, əsas cəhətləri və fərqli xüsusiyyətləri barədə ŞTŞ-nın müdir müavini Güloğlan Bağırov geniş məlumat vermişdir. Sonra müzakirələrdə Şəhər XDT Gimnaziyanın direktoru, əməkdar müəllim Mənsur Ağayev, Şəhər 6 N-li tam orta məktəbin direktoru, əməkdar müəllim Akif Xalıqov, Liman şəhər 1 N-li tam orta məktəbin direktoru Əlövsət Qurbanov, Xanbulan kənd tam orta məktəbin direktoru Mərziyə Əliyevavə başqaları iştirak edərək layihə barədə rəy və təkliflərini bildirmişlər.
Sonra ŞTŞ-nın müdiri Ş.Əhmədova müzakirəyə yekun vurmuş,irəli sürülən rəy və təkliflərin ümumiləşdirilərək Təhsil Nazirliyinə göndəriləcəyini bildirmişdir.