Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə 17-18 noyabr 2016-cı il tarixdə keçirilən “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin Respublika müsabiqəsinin yekun mərhələsində zona qalibi olmuş Lənkəran komandası iştirak etmişdir.
Komandamızın üç şagirdi Xanbulan kənd tam orta məktəbin şagirdləri İlkanə Səfərli və İlahə Məlikzadə I yeri, Kamran Seyidzadə II yeri tutmuşdur. Komandanın məsləhətçisi ŞTŞ-nin metodisti İlqar Qurbanov təşəkkür almışdır.