21.11.2016

Təhsil Şurasının iclası

        17 noyabr 2016-ci il tarixdə Şəhər Təhsil Şöbəsinin növbəti şura iclası keçirilmişdir. Şura iclasını ŞTŞ-nın müdiri Şəhanə Əhmədova açmışdır. İclasda rayonun İstusu qəsəbə, Bəlləbur, Alazəpin və Siyobli kənd məktəblərində aparılmış monitorinqlərin nəticəsi haqqında, Şəhər 1,2,7 nömrəli, Yuxarı Nüvədi və Siyavar kənd tam orta məktəblərinin məktəbəhazırlıq qruplarında təlim-tərbiyənin təşkili vəziyyəti haqqında və Ləj kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Mehman Cavadovun qabaqcıl iş təcrübəsi haqqında məsələlər müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir.

        Şura yığıncağında Təhsil Nazirliyinin 2016/2017–ci dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi haqqında 07.11.2016-cı il tarixli, 722 nömrəli və “Xususi hallar barədə” 15.11.2016-cı il tarixli, 728 nömrəli əmrləri haqqında məlumat verilmiş, qarşıda duran vəzifələrdən bəhs edilmişdir.

ŞTŞ-nın müdiri Ş.Əhmədova şura iclasını yekunlaşdırmışdır.


Açar sözlər: ,