Uşaq hüquqları aylığı çərçivəsində Şəhər 6 nömrəli məktəb-liseydə “Sizin hüquq ,vəzifə və məhsuliyyətiniz “ mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəb-liseyin direktoru Akif Xalıqov açmışdır. Sonra Şəhər İcra Hakimiyyətinin əməkdaşları A.Məmmədov,K.Manafova,Dini qurumlarla iş üzrə Dövlət Komitəsi Regional Şöbəsinin müdiri Q.Məmmədov ŞTŞ-nın müdir müavini G.Bağırov məktəb-liseyin müəllimi Z.Baxşıyev mövzu ətrafında danışdılar. Ölkəmizdə uşaqlar üçün yaradılmış geniş şəraitdən, Azərbaycan Respublikası Konstitusiyası və Uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanunu ilə uşaqlara verilmiş hüquqlardan habelə onların vəzifələrindən bəhs etmişlər.
Dəyirmi masada məktəbin şagirdləri məsələ barədə fikirlərini bildirmişlər.