29 oktyabr 2016-cı il tarixdə şəhər 4 nömrəli məktəb-liseydə müşavirə keçirilmişdir. Müşavirədə rayonun ümumtəhsil məktəblərinin rəhbərləri və Təhsil Şöbəsinin əməkdaşları iştirak etmişlər.
Müşavirəni Şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə xanım Əhmədova açaraq 2017-2018 – ci tədris ilində şagirdlərin X siniflərə təmayüllər üzrə qəbul olunacağından danışmış, bu işin dövlət əhəmiyyətli məsələ kimi əhəmiyyətindən bəhs etmişdir.
Məsələ haqqında ŞTŞ-nın müdir müavini G.Bağırov ətraflı məlumat vermiş, vəzifələrdən danışmış, valideyinlər, şagirdlər və ictimaiyyət arasında geniş maarifləndirmə işlərinin aparılması vacibliyindən bəhs etmişdir.
Sonda suallara cavab verilmişdir.