"KİTABLARDAN FAYDALANAQ" -mövzusunda 18 oktyabr müstəqilliyimizin 25 illiyinə həsr edilmiş Lənkəran şəhər 8 N-li tam orta məktəbdə orta yaş qrupuna aid olan şagirdləri əhatə edən tədbir keçirilmişdir. Tədbiri məktəbin direktoru A.Ibrahimov açmış, Azərbaycanın Dövlət Müstəqilliyi münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi, məktəbin müəllimi Sevil Mehdiyeva təqdimat etdi, animasiya nümayiş etdirildi. Sonda şagirdlər, valideynlər diskussiyaya cəlb edildi. Məktəbin ədəbiyyat müəllimi Münasib Nuriyev məktəb kitab fondu haqqında şagird və valideynlərə məlumat verdi. Tədbir valideynlərin, şagirdlərin böyük marağına səbəb oldu.