19 oktyabr 2016-cı il tarixdə Lənkəran Şəhər Heydər Əliyəv Mərkəzində Lənkəran, Astara, Lerik rayonlarının təhsil işçilərinin iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirədə Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov iştirak edərək yaxın vaxtlarda keçiriləcək müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı məlumat vermiş, qarşıda duran vəzifələrdən danışmışdır.
Sonda iştirakçıları maraqlandıran suallara cavab vermişdir.