18.10.2016

Lənkəranın təhsil müəssisələri Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının  25-ci il dönümünü təntənə ilə qeyd edirlər.

     Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci il dönümü haqqında” 11 oktyabr 2016-cı il tarixdə sərəncam imzalamışdır.Sərəncama uyğun olaraq respublikanın hər yerində olduğu kimi Lənkəranın təhsil müəssələrində də silsilə tədbirlər keçrilir.18 oktyabır 2016-cı il tarixdə şəhər Xarici DillərTəmayüllü Gimnaziyada bayram tədbiri keçirilmişdir.Tədbiri giriş sözü ilə Gimnaziyanın direktoru,respublikanın əməkdar müəllimi Mənsur Ağayev açmışdır.Nitqində o,müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi çətinliklərdən bəhs etmiş, ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qaydışı nəticəsində Azərbaycanın düşdüyü ağır vəziyyətdən çıxmasından, siyasi,sosial-iqtisadi uğurlardan, ulu öndərin müəyyən etdiyi siyasi kursun möhtərəm prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs etdi. Sonra tədbir şagirdlərin ifasında şeir və mahnılarla davam etmişdir. Müstəqilliyimizin bərpasının 25-ci il dönümü münasibəti ilə şəhər 4,5,6 nömrəli,Xanbulan,Şürük,Liman şəhər 1nömrəli və başqa məktəblərdə bayram şənliyi keçirilmişdir. Dövlət müstəqilliyimizin bərpasının 25-ci il dönümünə həsr olunmuş silsilə bayram tədbirləri rayonun umumtəhsil müəssisələrində davam etdirilir.


Açar sözlər: ,  ,