12.10.2016

Uşaqların məktəbəhazırlığı təşkil olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri  haqqında” 11 iyul 2016-cı il tarixli, 271 nömrəli qərarının icrasını təmin etmək barədə Təhsil Nazirliyinin 05 avqust 2016-cı il tarixli, 548 nömrəli əmrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində Lənkəran  ŞTŞ müəyyən tədbirlər həyata keçirmişdir.

İşin icrası istiqamətində avqust ayından etibarən qruplarda dərs deyəcək müəllimlərin və təhsilə cəlb olunacaq uşaqların siyahıları dəqiqləşdirilmiş, sinif və otaq şəraitləri təlimata uyğun olaraq qurulmuş, məktəbə hazırlıq qruplarına cəlb olunacaq uşaqların valideynləri ilə müntəzəm görüşlər təşkil olunmuşdur.

Sentyabr ayının ilk həftəsindən başlayaraq məktəbə hazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün təlim kursları təşkil olunmuş, hal-hazırda rayon üzrə 65 müəllim həmin kursları bitirmişdir.

Təhsil Nazirliyinin Təlimatlna uyğun olaraq oktyabr ayının 3-dən Lənkəran ŞTŞ-nın  tabeliyində olan 82 ümumtəhsil  məktəbində 157 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir və bu qruplarda 2994 şagirdin təlim-tərbiyəsi ilə 157 müəllim məşğul olur.