06.10.2016

Lənkəran şəhərində 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi.

                         

      Lənkəran  şəhər  təhsil işçiləri “Beynəlxalq müəllim gününü ”H.Əliyev mərkəzində təntənə ilə qeyd etdilər. Tədbirdə Şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova məruzə ilə çıxış etmiş, rayonda təhsil sahəsində qazanılmış uğurlardan bəhs etmiş, təhsilə göstərilən diqqət və qayğıya görə dövlət  başçısına dərin minnətdarlığını bildirmişdir .Bayram tədbirində Lənkəran Dövlət Universitetinin baş müəllimi Gülbəniz Qədirova, Tatova kənd tam orta məktəbinin  müəllimi Araz Babayev çıxış etmiş,qazanılmış nailliyyətlərdən və  qarşıda duran vəzifələrdən danışmışlar. Bayram tədbirində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak etmiş,çıxış edərək müəllimləri təbrik etmiş,onlara çətin və şərəfli peşə fəaliyyətlərində uğurlar arzulamışdır. Sonda fərqlənən müəllimlərə Şəhər İcra Hakimiyyətinin və Şəhər Təhsil Şöbəsinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunmuşdur.


Açar sözlər: ,  ,