15 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini cənab Ceyhun Bayramov Lənkəran Şəhər Təhsil Şobəsinin kollektivi ilə göruşmuşdur. Göruşdə nazir müavini keçən tədris ilində respublikamızda, eləcədə Lənkəranda təhsil sahəsində qazanılan uğurlardan, olimpiada, müsabiqə və yarışlarda, buraxılış və qəbul imtahanlarında qazanılan nailiyyətlərdən, dövlətin dərslik siyasəti, təmayülləşmə, hazırlıq qruplarına qəbul və digər məsələlərdən, habelə qarşıda duran vəzifələrdən ətraflı bəhs etmişdir.
Ceyhun Bayramov əməkdaşları maraqlandıran suallara cavab vermiş, onları yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edərək fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonda Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə xanım Əhmədova göruşə görə nazir müavini Ceyhun Bayramova təşəkkür etmiş, onu əmin etmişdir ki, yeni dərs ilində Lənkəran təhsilinin uğurlarını daha da artırmaq üçün səylə çalışacaqlar.